Məşhur futbolçunun evi qarət edildi


Məşhur futbolçunun evi qarət edildi

Fransanın “Lion” klubunun hücumçusu Aleksandr Lyakazettin evi qarət edilib. 

 

Sfera.az xəbər verir ki, hadisə ölkə çempionatının 34-cü turunda baş tutan “Lion” – “Anje” (2:0) matçı zamanı yaşanıb.

 

Görüş başlayandan təxminən yarım saat sonra iki naməlum şəxs futbolçunun evinə daxil olub.

 

Oğrular seyfi sındıraraq qızıl-zinət əşyaları, bahalı dəri aksesuarları və pul oğurlayıblar. Ümumi zərərin 10 min avrodan çox olduğu bildirilir. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.


OXŞAR XƏBƏRLƏR