8 boksçumuz 1/4 finala yüksəldi


8 boksçumuz 1/4 finala yüksəldi

Bakıda yeniyetmə oğlan və qız boksçular arasında "Heydər Əliyev kuboku-2025" beynəlxalq turniri davam edir.

 

Sfera.az xəbər verir ki, 8 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha 8 idmançısı qələbə qazanıb.

 

48 kq, 52 kq, 54 kq, 57 kq və 75 kq rəqiblərini məğlub edən boksçularımız 1/4 finala yüksəliblər.

 

Bakı Boks Mərkəzində keçirilən turnirin üçüncü günündə oğlanlar arasında 28, qızlarda 6 döyüş olacaq.

 

1/8 final

 

48 kq

 

Hüseyn Quliyev (Azərbaycan) - Casurbek Mahmudjonov (Özbəkistan-2) - 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27)

 

52 kq

 

Yusif Əliyev (Azərbaycan) - Aslan Jenispayev (Qazaxıstan) - 3:2 (29:28, 29:28, 29:28, 28:29, 28:29)

 

Tunar Mehdiyev (Azərbaycan) - Rəhman Hüseynli (Azərbaycan) - birinci tam üstünlüklə qalib gəlib

 

54 kq

 

Sadiq Musayev (Azərbaycan) - Məhəmməd Əliyev (Rusiya) - 4:1 (29:28, 28:29, 29:28, 29:28, 30:27)

 

57 kq

 

Yusif Həsənli (Azərbaycan) - Sunnatullo Bakoyev (Özbəkistan-2) - 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27)

 

Əflatun İsmiyev (Azərbaycan) - Abdurahmon Murtazayev (Özbəkistan-2) - 3:2 (29:28, 28:29, 29:28, 29:28, 27:30)

 

75 kq

 

Hüseyn Vahabov (Azərbaycan) - Şahəddin Həsənli (Azərbaycan) - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)

 

İbrahim Veysioğlu (Türkiyə) - Turqay Abbasov (Azərbaycan) - 0:5 (29:28, 29:28, 30:27, 29:28, 29:28)

 

Qeyd edək ki, 216 (185 oğlan, 31 qız) boksçunun qatıldığı yarışda oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. "Heydər Əliyev kuboku-2025″in final görüşləri mayın 21-də olacaq.


OXŞAR XƏBƏRLƏR