“Sabah” Azərbaycan çempionu oldu

"Sabah" Azərbaycan çempionu oldu
Kateqoriya məlum deyil
T

“Sabah” Azərbaycan Basketbol Liqasının qalibi olub.

 

Sfera.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan final seriyasının altıncı oyununda “Neftçi”yə 83:78 hesabı ilə qalib gələn “bayquşlar” qızıl medallara sahib çıxıblar.

 

Rimas Kurtinaytisin rəhərlik etdiyi kollektiv həlledici seriyada dördüncü qələbəni əldə etməklə çempionluq sevinci yaşayıb.

 

Qeyd edək ki, tərəflər arasında əvvəlki 5 görüşdə “Sabah” 3, “Neftçi” isə 2 qələbə qazanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR