İslandiya-Azərbaycan oyunu harada keçiriləcək?

İdman
19:25 / 14.05.2025
10658
DÇ-2026-nın seçmə mərhələsinin İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib.
Modern.az xəbər verir ki, D qrupunun ilk turu çərçivəsində baş tutacaq görüş Reykyavikdə keçiriləcək.
Oyun sentyabrın 5-də "Lauqardalsvollur" stadionunda Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Qeyd edək ki, millimiz İslandiya ilə yanaşı Fransa və Ukrayna ilə yarışacaq.