Millimizin üzvü Polşa klubundan AYRILDI

İdman
14:20 / 14.05.2025
3555
Azərbaycan millisinin müdafiəçi Rahil Məmmədov “Radomyak"dan ayrılıb.
Sfera.az Polşanın Transfery.info portalına istinadən xəbər verir ki, mərkəz müdafiəçisi artıq Radomu tərk edib.
Xatırladaq ki, bundan əvvəl mətbuatda Məmmədovla komandanın baş məşqçisi Joao Enrikeş arasında münaqişə olduğu, buna görə futbolçunun mart ayından “Radomyak”ın matçlarına çıxarılmadığı barədə məlumat yayılmışdı.
29 yaşlı müdafiəçinin Polşa klubu ilə müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər idi.