Ronaldonun yeni klubu bəlli oldu: bu Avropa nəhənginə gedir


Ronaldonun yeni klubu bəlli oldu: bu Avropa nəhənginə gedir

Kriştiano Ronaldo bir zamanlar formasını geyindiyini doğma klubuna qayıdır.

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, futbol əfsanəsi formasını geyindiyi "Ən-Nəsr"dən ayrılmaq üzrədir.

 

İşləri yaxşı getməyən ərəb klubu da oyunçunun yaşını nəzərə alaraq yeni müqavilə bağlamaqdan çəkinib.

 

Komanda rəhbərliyi Ronaldonun klubun uğurlarından çox şəxsi rekordlarını düşündüyü üçün danışıqları dayandırıb.

 

40 yaşlı hücumçunu yetişdiyi, 2003-cü ilə qədər formasını tərlətdiyi Portuqaliya nəhəngi "Sportinq" heyətində görmək istəyir.

 

Komandası ona azad agent kimi qayıtmağı təklif edib.

 

Bu, futboldan doymayan Ronaldo üçün karyerasını başladığı "Sportinq"də bitirmək əla fürsət olacaq. O, həmçinin yaydan "Sportinq"dən ayrılacağı gözlənilən Viktor Qyökereşi əvəz edə bilər.

 

Qeyd edək ki, hazırda danışıqlar gedir. 


OXŞAR XƏBƏRLƏR