"Turan Tovuz" evdə məğlub oldu

İdman
21:40 / 10.05.2025
2769
Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.
Sfera.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Neftçi”nin heyətində Emin Mahmudovla (9-cu dəqiqə), Dembo Darboe (32-ci təqiqə) fərqlənib. “Turan Tovuz”un qolunu isə 16-cı dəqiqədə Rəhim Sadıxov rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 40-a yüksəldən “Neftçi” 6-cı pillədə qərarlaşıb. 49 xala malik “Turan Tovuz” isə dördüncüdür.
Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında “Sabah” “Şamaxı”nı 3:1, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.