Azərbaycan Liqasında ilk finalçı BƏLLİ OLDU

İdman
17:11 / 29.04.2025
6134
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib.
Sfera.az xəbər verir ki, "Sabah" həlledici raundda iştirak hüququ qazanıb.
Paytaxt təmsilçisi yarımfinal mərhələsinin ikinci oyununda səfərdə "Şəki"ni 96:72 hesabı ilə üstələyib. Bakı klubu ilk görüşdə də qalib gəlmişdi - 86:73.
İkinci yarımfinal qarşılaşmasında "Neftçi" və "Abşeron" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Oyun saat 19:00-da başlayacaq. İlk matç "ağ-qaralar"ın 97:93 hesablı qələbəsi ilə yekunlaşıb.