Logo

Gənc cüdoçularımız birinci oldular

Gənc cüdoçularımız birinci oldular
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İtaliyanın Liqnano şəhərində ənənəvi "Alpe Adrea" beynəlxalq cüdo turniri keçirilib.

Sfera.az goal.az-a istinadən xəbər verir ki, 22-ci dəfə baş tutan festivalda Avropanın müxtəlif ölkələrindən 1046 gənc cüdoçu mübarizə aparıb.

Azərbaycan cüdoçuları beynəlxalq yarışda 5 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar. Musayev Hacı (55kq), Hüseynov Kəramət (60 kq), İbrahimov İsmayıl (66 kq), Cəfərov Hasil (73 kq) və Mirzəyev Aslan (90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Natiq Qurbanlı (60 kq), Naim Hüseynov (81 kq), Azər Yaqubov (90 kq), Ayxan Cəfərov (+100 kq) gümüş, Tofiq Məmmədov (60 kq), Murad Heydərli (60 kq), Vüsal Cəmilzadə (73 kq) və Samir Ağayev (81 kq) bürünc medala sahib olub. Beləliklə 13 medal əldə edən gənclərdən ibarət milli komandamız ümumi hesabda 1-ci yeri tutub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR