Azərbaycan kuboku: Bu gün finalçılar müəyyənləşəcək


Azərbaycan kuboku: Bu gün finalçılar müəyyənləşəcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinalın cavab oyunları keçiriləcək.

 

Sfera.az xəbər verir ki, öncə “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edəcək. Ağdam təmsilçisi səfər oyunundakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

 

İkinci finalçı “Sabah” – “Neftçi” görüşündə müəyyənləşəcək. Bu komandaların ilk oyununda isə “bayquşlar” qalib gəlib.

 

Azərbaycan Kuboku: 1/2 final, cavab oyunları
23 aprel

 

17:00 Qarabağ – Araz-Naxçıvan (ilk oyun – 0:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev.
Tofiq Bəhramov adına Respublika stadionu.

 

20:00 Sabah – Neftçi (ilk oyun – 2:1)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
“Bank Respublika Arena”.


OXŞAR XƏBƏRLƏR