Logo

Bakıya yalnız qələbə üçün gələcəyik!

Bakıya yalnız qələbə üçün gələcəyik!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədov Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi UFC turniri ilə bağlı paylaşım edib.

Sfera.az xəbər verir ki, Bakıdakı turnirdə döyüşəcək Təğir Ulanbekovun məşqçisi olan 36 yaşlı rusiyalı idmançı bu barədə İnstaqram hesabında paylaşım edib.

“Qonaqpərvər Azərbaycana Təğir Ulanbekov ilə birlikdə gələcəyik. Yalnız qələbə”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, UFC turniri iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR