Türkiyədə futbol matçı faciə ilə bitdi - VİDEO

Türkiyədə futbol matçı faciə ilə bitdi - VİDEO

Adananın Çukurova rayonunda, süni örtüklü sahədə futbol oynayarkən ürək tutması keçirən 38 yaşlı Hasan Bakırhan həyatını itirib.

 

Sfera.az xəbər verir ki, hadisə dünən saat 21:00 radələrində Çukurova rayonunun Karslılar məhəlləsində baş verib. Üç uşaq atası Hasan Bakırhan, dostları ilə futbol oynayarkən özünü pis hiss edib və yerə yıxılıb.

 

Əvvəlcə dostları onun yorğunluq səbəbilə uzandığını düşünüblər. Lakin uzun müddət hərəkətsiz qaldığını gördükdə təcili kömək çağırıblar. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası tərəfindən ilkin tibbi müdaxilə edilən Bakırhan, Çukurova Dövlət Xəstəxanasına aparılıb.

 

Həkimlər onun infarkt (ürək tutması) keçirdiyini müəyyən ediblər. Göstərilən bütün tibbi yardımlara baxmayaraq, Hasan Bakırhan vəfat edib.

 

Mərhumun cənazəsi Buruk qəbiristanlığında torpağa tapşırılıb.

 


OXŞAR XƏBƏRLƏR

"Rusiya azərbaycanlıları hədəf alıb"

Bir zamanlar Qarabağda “sülhməramlı missiya” adı ilə fəaliyyət göstərən qüvvələrin indi dinc azərbaycanlılara qarşı zorakılıq və təxribatlarla yadda...

Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb

Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keç...

“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi

Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) elan edilən “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA)...

Məktəbli formaları ucuzlaşdı: Yeni qiymətlər...

Bakı Tikiş Evinin (BTE) məktəbli formalarına tətbiq etdiyi yeni endirimli satış qiymətləri məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Oxu....

Nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT - FOTO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib.   Sfera.az xəbər verir ki,...

Məşhur aktrisa sevgilisini öldürdü - FOTO

Avstraliyada realiti-şou və reklam filmləri ilə tanınan 34 yaşlı aktrisa Tamika Çesser, sevgilisi Culian Storini amansızcasına qətlə yetirməkdə və cəsədini hiss...