Qurban Qurbanov bu kluba gedir? - "İnanın ki, qarşıdakı dönəmlərdə..."

Qurban Qurbanov bu kluba gedir? - "İnanın ki, qarşıdakı dönəmlərdə..."

"İnanın ki, qarşıdakı dönəmlərdə mənim vaxtım və imkanım olsa, o klubun düşərgəsinə hətta təcrübəyə də gedərəm".

 

Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsində məğlub etdikləri yeganə komanda Norveç "Budö Qlimt"inin yarımfinaladək irəliləməsi barədə danışarkən deyib.

 

53 yaşlı mütəxəssis belə ortabab klubların bu səviyyəyə çatmasının daim diqqətini cəlb etdiyini bildirib: "Budö Qlimt" yarımfinalda İngiltərə "Tottenhem"inə rəqib oldu. Hansı ki, Liqa mərhələsində "Tottenhem"ə qarşı da oynamışdıq. Hər ikisi bizim komandalardır, hər ikisinə uğurlar arzulayıram (gülür - red.). İnanıram ki, maraqlı oyunlar olacaq. Liqa mərhələsində oynadığımız komandalardan biri finalda çıxış edəcək".

 

Qurbanov Norveç təmsilçisini ötən mövsüm 1/8 finaladək irəliləməyi bacaran "Qarabağ"la müqayisə edib: "Bu mövsüm "Budö Qlimt"in çıxışı bizim ötənilki Avropa yolumuza bənzədi. Sadəcə, qırmızı vərəqə alaraq və son dəqiqələrdə buraxdığımız qollarla Almaniya "Bayer"inə uduzmuşduq. Amma bizim də yarımfinala çıxmağa şanslarımız var idi. "Budö Qlimt" də yarımfinala vəsiqəni hələ Liqa mərhələsindəki oyunları ilə haqq edirdi. Onlara qalib gəlməyimizə baxmayaraq, mənim diqqətimi çox cəlb etmişdilər. Əvvəlki oyunlarına nəzər salsaq, ad-sanlı komandalara çoxlu qol vurmağı bacarıblar. Xüsusən, öz meydanlarında. Çox özünəxas futbol fəlsəfələri var".

 

"Qarabağ"ın baş məşqçisi bu mövsüm Liqa mərhələsində bəxtlərinin gətirmədiyinə dair fikirlərə belə münasibət bildirib: "Belə fikir bildirmək mənim üçün bir qədər çətin olar. Amma məğlub olduğumuz elə oyunlar oldu ki, gedişatına və keyfiyyətinə baxsaq, qalibiyyət şanslarımız daha çox idi. Sadəcə, ola bilər nəyisə düz etməmişik, uğur bizdən qaçıb, kollektivdə bilmədiyim hansısa kompaktlıq olmayıb. Bu cür xırda detallar var. Deyə bilmərəm ki, hansısa oyunda bizi əzdilər, bizdən 5 baş üstün oldular. Olub ki, zəif oynamışıq, amma qalib gəlmişik. Həmin vaxt xarakter, kollektiv tam fərqli olub. Belə nüanslar var ki, sonda qalibiyyətə gətirib çıxarır. Ona görə də digər rəqiblər düşsəydi də, ola bilsin, məğlub olacaqdıq. Məncə, xüsusən, böyük oyunlarda uduzmaq həm mənə, həm də klub səviyyəsində futbolçulara böyük təcrübə oldu. Əvvəlki illərdə əsas mərhələdə 6 oyun keçirirdiksə, indi 8 oyuna çıxdıq. Yəni, sanki indi pley-off oyunları da keçirdik. Gələn mövsüm də Liqa mərhələsinə düşsək, builki səhvlərdən faydalanmağa çalışacağıq".

 

Qurban Qurbanov oğlu Musa Qurbanlının ötən mövsüm formasını geyindiyi İsveç "Yurqorden"inin bu mövsüm UEFA Konfrans Liqasının yarınmfinalınadək irəliləməsinə də toxunub. Onun fikrincə, yenidən "Qarabağ"a dönən 23 yaşlı hücumçunun "Yurqorden"lə belə bir imkanı qaçırmasından peşmançılıq keçirməsinə ehtiyac yoxdur: "Musa ilə bu barədə danışmamışam. Amma məncə, peşmançılığa ehtiyac yoxdur. Çünki belə hallar futbolun bir hissəsidir: Hardasa uğurlu, hardasa uğursuz olursan. Ona görə də geriyə yox, daha çox önə baxmaq lazımdır ki, gələcək planlarını və nə edəcəyini düşünəsən".

 

Qeyd edək ki, "Yurqorden" yarımfinalda İngiltərənin "Çelsi" komandası ilə üz-üzə gələcək. "Qarabağ" Liqa mərhələsində "Budö Qlimt"i Norveçdə 2:1 hesablı məğlubiyyətə uğradıb.

 


OXŞAR XƏBƏRLƏR

Prezidentlər Maraş dondurması yedilər - FOTO

Xəbər verdiyimiz kimi, iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.   Sfera.az&nb...

Sərhəddən keçid üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

"İsrail və İran arasında toqquşma ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, İran İslam Respublikasındakı Səfirliyimizə, habelə Təbriz ...

Prezidentin Türkiyə səfərindən yeni görüntülər - VİDEO

Prezidentin Mətbuat Xidməti İlham Əliyevin Türkiyə səfərindən görüntülər paylaşıb.   Sfera.az paylaşımı təqdim edir:     &...

Rəsmi iş yeri olmayanlar ipoteka krediti ala biləcəklər?

Əldə ilkin ödəniş üçün pul var, rəsmi iş yerin olmadığı üçün ev sahibi ola bilmirsən.   Bərbər, bənna, dərzi və digərləri. Bu cür onlarla peşə sahəsi...

Gəncədə azyaşlının üzərinə daş hasar aşıb

Gəncə şəhərində azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət alıb.   Sfera.az-ın məlumatına görə, şəhər sakini, 2013-cü il təvəllüdlü M.H-nin üzər...

Leyla Əliyeva Londonda Azərbaycan pavilyonunun açılışında iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva London Dizayn Biennalesi-2025 çərçivəsində Azərbay...