Bu gün “Qarabağ” – “Neftçi” oynayacaq

Bu gün “Qarabağ” – “Neftçi” oynayacaq

Azərbaycan Premyer Liqasında 31-ci turun oyunları keçirilir.

 

Sfera.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

 

Əvvəlcə “Sabah” “Səbail”i qəbul edəcək. Günün digər oyunu “Qarabağ” və “Neftçi” arasında keçiriləcək.

 

Azərbaycan Premyer Liqası 31-ci tur

 

19 aprel “Sabah” – “Səbail”

 

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.

 

“Bank Respublika Arena”, 17:30.

 

“Qarabağ” – “Neftçi”

 

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.

 

Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.

 

Qeyd edək ki, əgər bu turda “Qarabağ” qələbə qazanar, “Zirə” uduzarsa, Qurban Qurbanovun komandası Azərbaycan çempionu olacaq.


OXŞAR XƏBƏRLƏR