Mbappe üzr istədi

İdman
21:35 / 15.04.2025
4227
"Real Madrid"in ulduz hücumçusu Kilian Mbappe üzr istəyib.
Sfera.az xəbər verir ki, buna səbəb onun etdiyi kobud qayda pozuntusu olub. Mbappe ciddi zədə təhıükəsi yaşatdığı "Alaves"in oyunçusu Antonio Blankodan üzr istəyib.
Belə ki, futbolçu rəqibinin baldır nahiyəsinə zərbə vurub. Baş hakim əvvəlcə bu hərəkəti sarı vərəqə ilə cəzalandırsa da, VAR-a baxdıqdan sonra kartın rəngi qırmızıya dəyişib.
Kilian isə matçın final fitindən sonra Antonioya yaxınlaşaraq üzrxahlıq edib.