Messi gələcəyi ilə bağlı QƏRAR VERDİ

Messi gələcəyi ilə bağlı QƏRAR VERDİ

İlin sonunda "İnter Mayami" ilə müqaviləsi başa çatan Lionel Messi gələcəyi ilə bağlı qərarını verib.

 

 

Sfera.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.


Belə ki, argentinalı hücumçu ABŞ klubunda qalacaq.
 

Messi müqaviləsinin müddətini daha 1 il artıracaq. Tərəflər arasında razılıq əldə olunub. 37 yaşlı futbolçu 2026-cı ilin sonuna kimi klubunda qalacaq.


Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Ulduz futbolçu bu mövsüm MLS təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


OXŞAR XƏBƏRLƏR