"Beşiktaş"da maliyyə böhranı dərinləşir: Borc 15 milyardı ötdü

"Beşiktaş"da maliyyə böhranı dərinləşir: Borc 15 milyardı ötdü

Türkiyənin ən köklü və uğurlu futbol klublarından olan "Beşiktaş" son illərdə ciddi maliyyə çətinlikləri ilə üzləşib. Klubun 31 dekabr 2024-cü il tarixinə olan ümumi borcu 15,65 milyard türk lirəsi (672 milyon manatdan çox) olub.

 

Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bu rəqəmlər "Beşiktaş" klubunun idarə heyətinin 2025-ci il üçün ilk toplantısında səsləndirilib.

 

Görüşdən əvvəl kluba üzvlüyünün 50 illiyini qeyd edənlərə sertifikatlar təqdim olunub.

 

Görüş başlamazdan əvvəl otağa daxil olan keçmiş prezident Hasan Arat ilə Beşiktaş sədri Tevfik Yamantürk arasında qısamüddətli gərginlik yaşanıb.


OXŞAR XƏBƏRLƏR