"Böyük beşlik"də ondan yaxşısı yoxdur


"Böyük beşlik"də ondan yaxşısı yoxdur

Yarımmüdafiəçi Bruno Fernandes "Mançester Yunayted"in "Lion"la heç-heçə etdiyi (2:2) Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda hücumçu Coşua Zirkzeyə məhsuldar ötürmə edib.

 

Sfera.az xəbər verir ki, bu, portuqaliyalı futbolçunun 2024/2025 mövsümündə birbaşa iştirakçısı olduğu 34-cü qol olub. Qol və məhsuldar ötürmələrə görə Bruno Avropanın "top-5" liqalarnın ən yaxşı yarımmüdafiəçisidir.

 

Fernandes bu mövsüm bütün yarışlarda 46 matç keçirib. O, 16 qol vurub və 18 assist edib.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 17-də Fransada keçiriləcək.


OXŞAR XƏBƏRLƏR