Daha bir güləşçimiz yarımfinalda
Kateqoriya məlum deyil
Slovakiyanın Bratislava şəhərində keçirilən güləş üzrə Avropa çempionatında macarıstanlı rəqibini məğlub edən Giorgi Meşvildişvili yarımfinala yüksəlib.
Sfera.az xəbər verir ki, güləşçimiz macarıstanlı üç qat Avropa mükafatçısı Vladislav Baytsayevə 5:0 hesabıyla qalib gələrək yarımfinala adını yazdırıb.






