Logo

Lionel Messi "İnter Mayami"də rekorda imza atıb

Lionel Messi "İnter Mayami"də rekorda imza atıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İnter Mayami"nin hücumçusu Lionel Messi yeni rekorda imza atıb.

Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, 37 yaşlı futbolçu "Toronto" ilə qarşılaşmada birinci hissənin sonunda qol vuraraq hesabı bərabərləşdirib - 1:1.

Bununla da o, klub tarixinin ən məhsuldar oyunçusu olub. Messi indiyə qədər "İnter Mayami"də 24 qol və 20 məhsuldar ötürməyə imza atıb.

Lionel Messi 2023-cü ilin yayından ABŞ klubunda çıxış edir. Argentinalı forvardın "İnter"lə hazırkı müqaviləsi bu ilin sonunda başa çatacaq. 37 yaşlı hücumçu bu mövsüm MLS-də 4 müntəzəm mövsüm oyununda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR