Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşdı

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşdı

Azərbaycan Basketbol Liqasında XX - sonuncu turun oyunları baş tutub.

 

Sfera.az xəbər verir ki, "Lənkəran" "Şəki"yə 78-107, "Quba" "Ordu"ya 88-97, "Abşeron" "Neftçi"yə 77-85 hesabı ilə uduzub, "Sərhədçi" NTD-ni 103-77, "Sabah" "Naxçıvan"ı 111-89, "Gəncə" "Sumqayıt"ı 94-92 hesabı ilə üstələyib.

 

Bu nəticələrdən sonra "A" qrupunun lideri "Sabah", ikinci sıranın sahibi "Naxçıvan" və qrupun ən güclü 3-cü komandası "Neftçi" birbaşa pley-offa vəsiqəni təmin ediblər.

 

Adıçəkilən klublarla yanaşı, "B" qrupunu ilk pillədə bitirmiş "Şəki" klubu da, birbaşa pley-off mərhələsinə yüksəlib. Reqlamentə əsasən digər klublar isə mübarizəyə pley-in mərhələsindən start verəcəklər.

 

Pley-in cütlükləri: "Sumqayıt"-"Sərhədçi", "Gəncə"-"Lənkəran", "Ordu"-"Quba" və "Abşeron"-NTD.

 

Qeyd edək ki, aprelin 10-da start götürəcək pley-in mərhələsində ən tez iki qələbə qazanmış klublar pley-offa vəsiqə qazanacaqlar.


OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Naxçı...

Leyla Əliyeva və Arzu Əliyeva "Gənc arıçı" layihəsinin iştirakçıları ilə görüşdülər - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva aprelin 8-də Q...

Daha bir güləşçimiz Avropa çempionatında bürünc medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Ağanəzər Novruzov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.   Sfera.az x...

Azərbaycanda dövlət çevrilişi etmək istəyənlər kimlər idi?- Prezident açıqladı

Xəbər verdiyimiz kimi, aprelin 9-da ADA Universitetində Azərbaycan  Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusun...

Mövqelərimiz atəşə tutuldu, cavab tədbirləri görüldü - RƏSMİ

Aprelin 9-u saat 19:25-dən 19:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəznəvar və Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən...

Ronaldo yeni mühafizəçi işə götürdü, bunkerlə evə köçdü: Səbəb nədir?

Futbolçu Kriştiano Ronaldo və sevgilisi Georgina Rodriguez yeni baş mühafizəçi işə götürüb və təhlükəsizlik komandasının əvvəlki üzvlərini işdən çıxarıb. ...