Logo

Avropa çempionu kokain qaçaqmalçılığına görə həbs edildi

Avropa çempionu kokain qaçaqmalçılığına görə həbs edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Uzunluğa tullanma üzrə Avropa çempionu Petar Daçev Bolqarıstanda kokain qaçaqmalçılığına görə həbs edilib.

Sfera.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb.

İdmançı təxminən 5 milyon leva (təxminən 2,5 milyon avro) dəyərində olan 30 kq kokainin daşınmasında iştirak edib. Məhkəmə onun həbsdə saxlanmasına qərar verib.

Qeyd edək ki, 45 yaşlı atlet gənclər arasında dünya çempionu (1998), açıq havada Avropa çempionatının (1998) və qapalı məkan çempionatının (2002) bürünc mükafatçısı olub. 2000-ci ildə Nikosiyada qapalı məkanda keçirilən Avropa çempionatında 8.30 metr hündürlüyə tullanan idmançı Bolqarıstan tarixində dördüncü ən yaxşı nəticəni göstərib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR