"Qarabağ" "Araz-Naxçıvan"a məğlub oldu

"Qarabağ" "Araz-Naxçıvan"a məğlub oldu

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Araz-Naxçıvan" "Qarabağ"a qalib gəlib.

 

Sfera.az xəbər verir ki, "Liv Bona Dea Arena"da baş tutan matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.

 

Felipe Santos İssuf Paroya qarşı kobud oyuna görə təyin olunan penaltini 28-ci dəqiqədə qola çevirib.

 

Günün digər qarşılaşmasında "Neftçi" "Sabah"ı qəbul edəcək. Matç saat 19:30-da start götürəcək.

 

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri aprelin 23-də keçiriləcək.


OXŞAR XƏBƏRLƏR