AFFA “Qarabağ”ı CƏZALANDIRDI

AFFA “Qarabağ”ı CƏZALANDIRDI

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXVIII turunda baş verənlər müzakirə olunub.

“Turan Tovuz” – “Qarabağ” oyununda 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimə olunub. Azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” 1500 manat cərimələnib.

 

“Neftçi” – “Araz-Naxçıvan” oyununda 6 sarı vərəqə alan Bakı klubu 700 manat ziyana düşüb. Futbolçusunun formasında qüsur olması səbəbindən matç gec başladığı üçün “Araz-Naxçıvan” 800 manat cərimə edilib.
 

“Səbail”lə qarşılaşmada “Kəpəz”in azarkeşləri tərəfindən sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər Gəncə klubu tərəfindən ödəniləcək.


OXŞAR XƏBƏRLƏR