Qurban Qurbanov Elvin Cəfərquliyevdən danışdı - “Nəsə problem var”


Qurban Qurbanov Elvin Cəfərquliyevdən danışdı - “Nəsə problem var”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın və Azərbaycan yığmasının futbolçusu Elvin Cəfərquliyevdən danışıb. 
 

O, "Turan Tovuz"a 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra E.Cəfərquliyevin millinin heyətində Haitiyə qarşı (0:3) keçirilən matçda meydandan qovulmasına münasibət bildirib.
 

Q.Qurbanov müdafiəçinin qırmızı vərəqələr almasına bu cür şərh verib: "Nə siz bilirsiniz, nə mən bilirəm. İstəməyərək alınan qırmızı vərəqələrdir. Amma həmişə bunlar bir oyunçunun başına gəlirsə, deməli, nəsə problem var. Daha diqqətli olmalıdır".


OXŞAR XƏBƏRLƏR