Logo

İran millisi 2026-cı il dünya çempionatına vəsiqə qazandı

İran millisi 2026-cı il dünya çempionatına vəsiqə qazandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Futbol üzrə İran milli komandası 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, qonşu ölkə yığması buna Asiya zonası üzrə seçmə mərhələ oyununda Özbəkistanla heç-heçə sayəsində nail olub.

Tehrandakı "Azadi" stadionunda təşkil olunmuş qarşılaşmada rəqib komanda iki dəfə hesabda önə keçsə də, meydan sahibləri bərabərlik qolunu vurmağı bacarıblar - 2:2.

Beləliklə, A qrupunda xalını 20-yə çatdıran İran millisi ən azı ilk 2 pillədən birini təmin edərək, adını ABŞ, Meksika və Kanadada keçiriləcək final mərhələsinə yazdırıb. 17 xala malik Özbəkistan yığması isə tarixi şansını qorumaqdadır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR