İngiltərə millisi rekorda imza atıb

İngiltərə millisi rekorda imza atıb

İngiltərə millisi dünya və Avropa çempionatlarının seçmə mərhələlərində evdəki məğlubiyyətsizlik seriyasını uzadıb.

 

Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, futbolun yaradıcıları 39 oyundur öz meydanlarında uduzmurlar.

 

 

Bu müddətdə britaniyalılar 35 qələbə qazanıb və 4 heç-heçə ediblər. İngiltərə yığmasının bu rekordu əvvəlki iki ən yaxşı seriyasının cəmindən də yüksəkdir. Bunadək yığma iki dəfə 19 matçlıq məğlubiyyətsizliyə imza atıb.

 

 

Qeyd edək ki, Tomas Tuxelin baş məşqçisi olduğu komanda DÇ-2026-nın dünən keçirilən seçmə oyununda Latviyanı 3:0 hesabı ilə məğlub

edib.


OXŞAR XƏBƏRLƏR