Ronaldo "Ginnesin Rekordlar Kitabı"na düşdü

Portuqaliyanın futbol üzrə milli komandasının kapitanı və hücumçusu Kriştiano Ronaldo "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Sfera.az Trendə istinadən xəbər verir ki, Millətlər Liqasının 1/4 final mərhələsi çərçivəsində Danimarkaya qarşı matçdan əvvəl 40 yaşlı portuqal futbol ulduzuna beynəlxalq karyerasında rekord sayda qələbəyə görə (132 qələbə), “Ginnes” mükafatı təqdim olunub.
Buna qədər qeyd olunan kateqoriya üzrə rekord sahibi İspaniyanın “Monterey” klubunun müdafiəçisi Serxio Ramos idi.
Qeyd edək ki, Danimarkaya qarşı keçirilən və portuqalların 5:2 hesabı ilə qalib gəldiyi matçda Ronaldo karyerasının 929-cu, milli komandadakı isə 136-cı qolunu vurub.
Ronaldo həm də sərasər 22 il ərzində milli komandada qol vurmuş ilk futbolçu kimi tarixə düşüb.