"Barselona"nın baş məşqçisi yenə ən yaxşı seçildi

"Barselona"nın baş məşqçisi yenə ən yaxşı seçildi
Kateqoriya məlum deyil
T

İspaniya La Liqasında mart ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

 

Sfera.az xəbər verir ki, bu ada "Barselona"nın çalışdırıcısı Hans-Diter Flik layiq görülüb.


O, Manuel Pelleqrini (“Betis") və Klaudio Giraldezi (“Selta Viqo”) qabaqlayaraq. Almaniyalı mütəxəssis hazırkı mövsüm ərzində artıq 4-cü dəfə bu mükafatı qazanır. 

 

"Barselona" mart ayında La Liqada 2 oyun keçirib və bu matçların hər birində qalib gəlib.

 

Qeyd edək ki, katalonlar turnir cədvəlinə 60 xalla (27 oyun) liderlik edirlər. Eyni xal sayı olan "Real" (28 oyun) 2-ci, 56 xalı olan (28 oyun) "Atletiko" 3-cü yerdədir. 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR