İdmançılarımız Dünya Kubokunda qızıl medal qazandılar

İdmançılarımız Dünya Kubokunda qızıl medal qazandılar
Kateqoriya məlum deyil
T

Azərbaycanın idman gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya Kubokunda uğurla çıxış ediblər.

 

Gimnastika Federasiyasından Sfera.az-a verilən məlumata görə, onlar qarışıq cütlük proqramında qızıl medal qazanıblar. Hakimlərdən 19.350 xal alan idmançılarımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR