Ronaldu bu göstərici ilə tarixə düşdü

Kateqoriya məlum deyil
T
Portuqaliya yığmasının üzvü Kriştianu Ronaldu millidə ardıcıl 22 il qol vuran yeganə oyunçu kimi futbol tarixinə düşüb.
Sfera.az xəbər verir ki, 40 yaşlı hücumçu bunu ötən gün UEFA Millətlər Liqasının 1/4 finalında Portuqaliyanın Danimarkaya qarşı cavab matçında həyata keçirib.
Hücumçu görüşün 6 və 72-ci dəqiqələrində fərqlənib. Bu oyundan sonra K.Ronaldu karyerası ərzində vurduğu qolların sayını 929-a çatdırıb. O, Portuqaliya millisində 136 dəfə fərqlənib.
Qeyd edək ki, əlavə vaxta qədər uzanan qarşılaşma Portuqaliya yığmasının 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.






