Logo

2 komanda Azərbaycan çempionatından qovuldu

2 komanda Azərbaycan çempionatından qovuldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağcabədinin "Hindarx" klubunun 13 və 14 yaşlılardan ibarət komandaları Azərbaycan çempionatlarından uzaqlaşdırılıb.

Sfera.az bildirir ki, bununla bağlı qərar AFFA İntizam Komitəsinin bugünkü iclasında qəbul olunub.

"Hindarx"ın heyətində həm U-13 Liqasında, həm də U-14 Liqasında lisenziyası saxtalaşdırılmış futbolçular forma geyiniblər. Həmin futbolçuların çıxış etdikləri bütün oyunlarda Ağcabədi təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni zamanda, komandaların 2024/2025 mövsümündə çıxışını davam etdirməsinə qadağa qoyulub.

Qeyd edək ki, bu gün Ağcabədi futbol nümayəndələrindən ikisi futbolla fəaliyyətdən kənarlaşdırılıb. (Offsideplus.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR