Yamal millisinin tarixində ilk ORUC TUTAN futbolçu oldu

İdman
08:52 / 19.03.2025
4245
"Barselona" və İspaniya yığmasının futbolçusu Lamin Yamal millisinin tarixində ilkə imza atıb.
Sfera.az xəbər verir ki, 17 yaşlı vinger sözügedən millinin tarixində Ramazan ayında oruc tutan ilk futbolçu olub.
Yamal Barselona əyalətində anadan olsa da, onun atası Mərakeşdən, anası isə Ekvoterial Qvineyadandır.
Qeyd edək ki, Lamin Yamal bu mövsüm "Barselona"nın heyətində 38 oyuna çıxaraq 13 qol vurub və 17 qolun ötürməsini edib.
İspaniya millisi UEFA Millətlər Liqası çərçivəsində martın 20-si və 23-ü Niderlandla qarşılaşacaq.