"Zirə" "Səbail"i məğlub etdi


"Zirə" "Səbail"i məğlub etdi

"Zirə" Misli Premyer Liqasında "Səbail"i məğlub edib.

 

Sfera.az  xəbər verir ki, Zirə İdman Kompleksinin stadionundakı XXVI turun oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

 

Qonaqların heyətində Suleyman Alluş 73-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. 90+6-cı dəqiqədə Ruan Renato qalibiyyət qoluna imza atıb.

 

Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Səbail" 18 xalla sonuncu - 10-cu sıradadır.

 

Günün ilk matçında "Şamaxı" evdə "Sabah"dan üstün olub - 1:0.

 

Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.


OXŞAR XƏBƏRLƏR

Bu ərazilərdə işıq kəsiləcək

Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Hövsan qəsəbəsində 6 kV-luq hava xətdində təmir işlərinin aparılması ilə əlaqəd...

Leyla Əliyeva "Xəyal etmək azadlığı" adlı sərgidən paylaşım edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Xəyal etmək azadlığı" adlı sərgidən paylaşım edib...

Suriyadakı qarşıdurmalarda 230-dan çox hərbçi ölüb

Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında baş verən silahlı toqquşmalarda 231 hökumət döyüşçüsü həlak olub.  ...

5 il sonra ilk dəfə ərinin ölümündən danışdı

Türkiyəli məşhur aktrisa Özgü Namal ilk dəfə 5 il öncə ürək tutmasından vəfat edən əri Ahmet Serdar Oralın ölümündən danışıb.   Sfera.az xəbər verir ...

Xoşqədəmin bu hərəkəti Doğuşu əsəbiləşdirdi - "Olmaz bu, dəyişdir" - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızının video çəkməsinə müğənni həyat yoldaşı Doğuş əsəbiləşib.    Sfera.az xəbər verir ki, aparıcı video çəkərkən ...

"Real Madrid" evdə üç xala sevindi

İspaniya La Liqasında 28-ci turun növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, çempionluq mübarizəsi aparan "Real Madrid" doğma...