Ruslar hansı idman növünü sevir? Sorğu

Ruslar hansı idman növünü sevir? Sorğu

Rusiya cəmiyyətində idmana maraq böyükdür. Son illərdə daha çox insan müxtəlif fiziki fəaliyyətlərlə məşğul olur və sağlam həyat tərzinə üstünlük verir. 
Xüsusilə səhər idmanı, fitnes və üzgüçülük ən populyar seçimlər arasında yer alıb.

 

Sfera.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu “SuperJob” xidməti tərəfindən aparılan sorğunun nəticələri üzə çıxarıb. 

 

Sorğuda iştirak edənlərin 31 faizi səhər idmanına üstünlük verdiyini bildirib. 

 

Respondentlərin 16 faizi fitneslə, 14 faiz isə üzgüçülüklə məşğul olduğunu qeyd edib. Qaçış, gimnastika və velosiped sürmək hər biri 12 faiz olmaqla respondentlər arasında eyni dərəcədə populyardır. Hər doqquzuncu nəfər yoqa və ağır atletika ilə maraqlanır. Daha 6 faiz xizək idmanına üstünlük verib. Respondentlərin 5 faizi voleybol və döyüş idman növlərini seçib. Futbol 4 faiz, şimal gəzintisi və basketbol 3 faiz respondent tərəfindən sevilib. 

 

Tennis, hokkey və fiqurlu konkisürmə 2 faiz, sürətli konkisürmə isə 1 faiz səs toplayıb. 

 

Qeyd olunur ki, qadınlar səhər idmanı, fitnes, gimnastika və yoqa ilə kişilərə nisbətən daha çox məşğul olurlar. Kişilər arasında isə futbol, ağır atletika, döyüş idman növləri, qaçış və velosiped sürmək daha populyardır. 35 yaşa qədər olanlar əsasən gimnastika, velosiped və qaçışı seçir. 35-45 yaş aralığındakılar fitnes, üzgüçülük və xizək idmanına üstünlük verirlər. 45 yaşdan yuxarı şəxslər isə daha çox şimal gəzintisini (nordic walking) seçir. 

 

Məlumatda bildirilir ki, rusiyalılar əvvəlkindən daha çox idmanla məşğul olurlar. Dörd il əvvəl heç bir fiziki fəaliyyətlə maraqlanmayan respondentlərin sayı 33 faiz təşkil edirdisə, hazırda bu göstərici 23 faizə düşüb. 

 

Bəsti Rəfizadə
 


OXŞAR XƏBƏRLƏR

Çin hərbi təlimdə həqiqi partlayıcılardan istifadə etdi - Gərginlik artır

Çinin Tayvan ətrafında keçirdiyi hərbi təlimdə həqiqi mərmilərdən istifadə etməsi bölgədə gərginliyi artırıb. Şərqi Çin dənizində keçirilən təlimdə limanlara və...

"Bu cütlüklərin ömür yolu uzun olmur"- Sosioloqdan ETİRAZ

Ailələr evlilik və toylarla bağlı böyük məbləğdə vəsait xərcləyir. Hər 3 evlənəndən biri isə sonradan ailədaxili problemlər səbəbindən, maddi çətinlik nəticəsi ...

Tarif Şurasından YENİ QƏRAR

Dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətlərinin yuxarı həddi və onların qüvvəyə minmə tarixləri təs...

Prezidentlər rəsmi naharda - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin adından Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin şərəfinə rəsmi nahar verilib.   Sfera.az xəbər verir ki, b...

"ABŞ Yaxın Şərqdə hərbi gücünü artıracaq" - Pentaqon

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqdəki hərbi varlığını gücləndirəcəyini açıqlayıb. Müdafiə Naziri Pit Heqsetinin əmri ilə bölgəyə əlavə döyüş təyyarələ...

Apreldə meteor yağışı olacaq

Aprelin ortalarından sonuna qədər güclü Lirid meteor yağışı müşahidə ediləcək. Lirid meteor axınının maksimumu aprelin 22-də, Bakı vaxtı ilə saat 22:04-də olaca...