Logo

Azərbaycan Kubokunda 21 ilin rekordu təkrarlanıb

Azərbaycan Kubokunda 21 ilin rekordu təkrarlanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Kubokunda son 21 ilin rekordu təkrarlanıb.

Sfera.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, cari mövsümədək 1/4 final səddini adlaya bilməyən “Sabah” və “Araz-Naxçıvan”ın yarımfinala vəsiqə qazanması ilə reallaşıb.

Komandalar kubok tarixində ən yaxşı nəticələrinə imza atıblar.

Bir mövsümdə iki klubun ilk yarımfinalına çıxması son 21 ildə ilk dəfə rast gəlinir. 2022/2023 mövsümündə də indiki kimi iki komanda yeniliyə nail olub. Həmin vaxt “Səbail”lə “Turan Tovuz” fərqlənib.

Daha çox komandanın yarımfinala yeni ad olmasına sonuncu dəfə 2004/2005 mövsümündə təsadüf olunub. Həmin vaxt “MKT-Araz”, “İnter” və “Xəzər Lənkəran” ilk dəfə yarımfinala adlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR