Turan Bayramov FİNALDA

İdman
15:20 / 28.02.2025
3346
Azərbaycan cüdoçusu Turan Bayramov (60 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.
Sfera.az xəbər verir ki, 22 yaşlı idmançı yarımfinalda yerli cüdoçu Bakhrom Boturova qalib gəlib.
Bu gün tatamiyə çıxan Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) əvvəlki raundlarda uduzaraq medal qazanmaq şanslarını itiriblər.
Qeyd edək ki, "Böyük Dəbilqə" martın 2-də başa çatacaq.