Logo

AFFA 4 klubucərimələdi

AFFA 4 klubucərimələdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

AFFA Misli Premyer Liqasının XXIV turunun oyunlarında yaşananlarla bağlı 4 klubu cəzalandırıb.

Sfera.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

“Neftçi” – “Sumqayıt” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.

"Araz-Naxçıvan" da eyni məbləğdə cərimələnib. Buna fevralın 22-də baş tutan "Səbail"lə matçda 5 futbolçunun sarı vərəqə ilə cəzalandırılması səbəb olub.

"Şamaxı" - "Turan Tovuz" matçında Şamaxı klubu 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 700 manat cərimə olunub.

"Qarabağ" isə "Sabah"la matçda Əsasnamənin tələbləri pozulduğuna görə 500 manat ziyana düşüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR