"Qalatasaray"-"Fənərbağça" matçı qolsuz başa çatdı
Kateqoriya məlum deyil
Futbol üzrə Türkiyə Superliqasında XXV tura yekun vurulub.
Sfera.az xəbər verir ki, turun bağlanış oyununda "Qalatasaray" öz meydanında "Fənərbağça"nı qəbul edib. Görüş qolsuz heç-heçə ilə nəticələnib.
Matçı sloveniyalı tanınmış hakim Slavko Vinçiç idarə edib.
Bu nəticədən sonra "Qalatasaray" 63 xalla turnir cədvəlinə başçılıq edir. "Fənərbağça" isə 58 xalla 2-ci pillədə qərarlaşıb.






