Daha bir boksçumuz beynəlxalq turnirin finalına çıxdı

Daha bir boksçumuz beynəlxalq turnirin finalına çıxdı

Rumıniyada gənc boksçular arasında “Drakula Open” beynəlxalq turnirində yarımfinal mərhələsinə yekun vurulub. 

 

Sfera.az xəbər verir ki, Azərbaycan millisinin daha bir idmançısı finala vəsiqə qazanıb.

 

Bilalhəbaşi Nəzərov (51 kq) Andrei Turbureanu (Rumıniya) ilə qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Nəzərov finalda ukraynalı Maksim Maşevski (Ukrayna) ilə qarşılaşacaq.
Abbasqulu Şadlinski (75 kq) isə bürünc medalla kifayətlənib. O, 1/4 finalda biləyindən zədələndiyi üçün Halil Sami (Bolqarıstan) ilə görüşə çıxmayıb.


 

Beləliklə, Azərbaycan millisinin 5 boksçusu finala vəsiqə qazanıb. 4 təmsilçimiz isə turniri bürünc medalla bitirib.
 

Qeyd edək ki, “Drakula Open”də final qarşılaşmaları bu gün keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Zelenski: Ukrayna ABŞ-dan güclü təhlükəsizlik zəmanəti istəyir

İnanıram ki, ABŞ Prezidenti Donald Tramp münaqişənin ədalətli həllinə çalışır. Ukrayna münaqişənin həllində tərəfdaşlarından, o cümlədən ABŞ-dan güclü təhlükəsi...

Polis gücləndirilmiş rejimdə çalışır - DİN

Mövcud hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ölkə boyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət gü...

Xaçmazda qanunsuz ağac kəsintisi faktı aşkarlandı

Xaçmaz rayonu Qarabağlı kəndində qanunsuz ağac kəsintisi faktı aşkar edilib.   Bu barədə Sfera.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən daxil ol...

Xırdalanda “BMW” yandı -VİDEO

Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verib.   Fövqəladə Hallar NazirliyindənSfera.az-a verilə...

Azərbaycanda ən soyuq hava bu tarixdə olacaq - 25 dərəcə şaxta olacaq

Gözlənilən hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq yayılıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən soyuq do...

Sabah bu universitetlərdə dərslər onlayn olacaq

Sabah hava şəraiti ilə əlaqədar UNEC, AzTU və Sumqayıt Dövlət Universitetində (SDU) bütün dərslər onlayn formatda keçiriləcək.   Sfera.az xəbər verir...