Ronaldonun 76 milyon dollarlıq təyyarəsində nasazlıq yarandı - FOTO

Ronaldonun 76 milyon dollarlıq təyyarəsində nasazlıq yarandı - FOTO

Ronaldonun 76 milyon dollarlıq "Bombardier Global Express 6500" adlı təyyarəsinin pəncərəsi çatlayıb.


Sfera.az xəbər verir ki,  Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldonun şəxsi təyyarəsi nasazlıq səbəbindən Mançesterdəki hava limanında qalıb.

 

Hava gəmisi tam təmir olunanadək heç bir uçuş edə bilməyəcək. Ronaldonun təyyarədə olub-olmaması hələ ki, bəlli deyil.

 

Qeyd edək ki, daha əvvəl onun təyyarəsinin Mançester şəhərində göründüyü barədə məlumatlar yayılıb. Bu, "Mançester Yunayted" azarkeşlərinin forvardın kluba qayıdacağına dair fərziyyələrinə yol açıb. Onun Asiya Çempionlar Liqasında "Persepolis"lə matç üçün "Əl-Nəsr"in heyətində yer almaması söz-söhbətləri daha da alovlandırıb.

 

Xatırladaq ki, Ronaldo 2003-2009, 2021-2022-ci illərdə "qırmızı şeytanlar"ın formasını geyinib. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Xankəndi Sammiti: Regional sabitliyə və davamlı inkişafa keçid

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinə Azərbaycanın ev sahibliyi etməsi və bu mötəbər tədbirin məhz işğaldan azad edilən Qarabağda - Xankəndidə keçiri...

"ABŞ görüş təklifi etməyib" - Bəqayi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ Prezidenti Donald Trampın Tehranın amerikalı müzakirəçilərlə görüş tələb etməsi barədə iddialarını təkz...

DTX məlumat yaydı - "Bu görüntüləriniz oğurlanırmış..."

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir.   Sfera.az xəbər veri...

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...