Logo

“Atalanta”nın futbolçusu rekorda şərik oldu

"Atalanta"nın futbolçusu rekorda şərik oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İtaliyanın "Atalanta" klubunun futbolçusu Mario Paşaliç komandanın sabiq üzvləri Yosip İliçiç və Duvan Zapatanın rekorduna şərik olub.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə Belçikanın "Brügge" komandasına 1:2 hesabı ilə uduzduqları oyunda qol vurmaqla reallaşdırıb.

Bu, yarımmüdafiəçinin "Atalanta"nın heyətində UEFA Çempionlar Liqasında vurduğu yeddinci qol olub.

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 19-da İtaliyada baş tutacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR