Logo

“Neftçi” ingiltərəli hücumçunu transfer etdi - FOTO

"Neftçi" ingiltərəli hücumçunu transfer etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Neftçi" Seneqal əsilli ingiltərəli hücumçunun transferini açıqlayıb.

Klubdan Sfera.az-a verilən məlumata görə, "ağ-qara"lar Bassala Sambu ilə anlaşıb.

Doqquz nömrəli formanı geyinəcək 27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlanıb.

Karyerasına İngiltərədə başlayan Sambu “Koventri” klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub. Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb. Sonuncu klubu “Enosis Neon Paralimni”nin (Kipr) heyətində 2024/2025-ci illər mövsümündə meydana çıxdığı 21 matçda 5 qola imza atıb.

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR