Azərbaycan Kuboku: "Qarabağ" 1/4 finalda ilk oyununa bu gün çıxacaq

Azərbaycan Kuboku: "Qarabağ" 1/4 finalda ilk oyununa bu gün çıxacaq

"Qarabağ" futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində ilk oyununu bu gün keçirəcək.

 

Sfera.az xəbər verir kİ, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv "Səbail"in qonağı olacaq.

 

Qarşılaşma saat 18:30-da start götürəcək.

 

Günün ilk görüşündə "Araz-Naxçıvan" və "Zirə" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Matç saat 16:00-da başlayacaq.

 

Bu cütlərdə cavab oyunları müvafiq olaraq fevralın 27-si və 28-də təşkil olunacaq.

 

Azərbaycan Kuboku

 

1/4 final mərhələsi, ilk oyunlar

 

6 fevral

 

16:00. “Araz-Naxçıvan” – “Zirə”


Hakimlər:, Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev.


VAR: Nicat İsmayıllı.


AVAR: Rəhman İmami.


Hakim-inspektor: Gülağa Cabarov.


AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.


“Liv Bona Dea Arena”

 

18:30. “Səbail” – “Qarabağ”


Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov.


VAR: Rauf Allahverdiyev.


AVAR: Kamran Bayramov.


Hakim-inspektor: Rəhim Həsənov.


AFFA nümayəndəsi: İlham Əliyev.


“ASCO Arena”

 

Qeyd edək ki, ötən gün "Neftçi" səfərdə "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Sabah" - "Sumqayıt" matçında isə hesab açılmayıb.


OXŞAR XƏBƏRLƏR