“Son iki məğlubiyyətdən sonra hazırlaşmaq asan deyil” - Qurban Qurbanov

“Son iki məğlubiyyətdən sonra hazırlaşmaq asan deyil” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının son turunun “Olimpiakos”la oyunu üçün Pireyə yola düşərkən Heydər Əliyev adına Beynəlxalq hava limanında müsahibə verib.

 

Sfera.az xəbər verir ki, “CBC Sport”a danışan Ağdam klubunun çalışdırıcısı oyun haqda bunları deyib: 

 

“Hazırlaşmaq üçün vaxtımız az oldu. Son iki məğlubiyyətdən sonra “Olimpiakos”la oyuna hazırlaşmaq bir o qədər asan deyil.

 

Oyunun bizim üçün mahiyyəti olmasa da, bilirik ki, azarkeşlərimiz həmin matçı səbirsizliklə gözləyəcək. Bizdən yaxşı oyun və yaxşı nəticə gözləyəcəklər. Çalışacağıq ki, “Olimpiakos”la görüşdə var gücümüzlə ən yaxşısını edək. Yaxşı oyunla, yaxşı nəticə ilə geri dönmək haqda düşünürük”.

 

Qeyd edək ki, “Olimpiakos” – “Qarabağ” görüşü yanvarın 30-da keçiriləcək və matça Bakı vaxtı ilə 00:00-da start veriləcək.

 


OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...