"Qarabağ"ın bugünkü oyununda Mahir Emreli yoxdur - SƏBƏB

&quot;Qarabağ&quot;ın bugünkü oyununda Mahir Emreli yoxdur - <span style="color:#ff0000">SƏBƏB</span>
Kateqoriya məlum deyil25.01.25, 12:488841 👁️
T

Almaniya 2-ci bundesliqasında 19-cu turun oyunları keçirilir.

 

Sfera.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” bu gün səfərdə “Şalke 04”ün qonağı olur.

 

Bakı vaxtı ilə saat 16:00-da başlayan matçda Mahir iştirak etmir.

 

Buna səbəb onun ötən tur “Karlsrue” ilə matçda sarı vərəqə almasıdır.  Bu, onun cari mövsümdə 5-ci sarı vərəqəsi olub. Cəzalı duruma düşən 27 yaşlı futbolçu “Şalke 04” ilə oyunu buraxmalı olub.

 

Qeyd edək ki, Emreli bu mövsüm “Nürnberq”lə bütün turnirlərdə 14 oyunda meydana çıxıb, 4 qol vurub və 1 qol ötürməsi edib. 
 

PAYLAŞ
Sehliyali
Yüklənir...