"Qarabağ" UEFA reytinqində geriləyib

"Qarabağ" UEFA reytinqində geriləyib

Klubların yeni UEFA reytinqi açıqlanıb.

 

Sfera.az xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında VII turun bu həftə keçirilən oyunları bəzi dəyişikliklərə səbəb olub.

 

Azərbaycan çempionu “Qarabağ”ın da mövqeyi dəyişib. Evdə FCSB-yə 2:3 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası 65-ci yerdə qərarlaşıb.

 

Ağdam klubunun hesabında 32,000 xal var. Ötən siyahıda 63-64-cü yerləri bölüşən təmsilçimiz iki addım geriləyib. “Lion” və bunadək ağdamlılara şərik olan “Aston Villa” Azərbaycan çempionunu geridə qoyub.

 

“Neftçi” 8,000 xalla 181-ci yerə şərikdir. Digər klublarımız - “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 310-cu, “Qəbələ” və “Şamaxı” 3,925 xalla 323-cü yeri bölüşənlər arasındadır.

 

Qeyd edək ki, siyahıya 135,000 xala malik “Mançester Siti” başçılıq edir.
 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...