“Qarabağ” məğlub olub pley-off şanslarını itirdi - YENİLƏNDİ

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda baş tutacaq “Qarabağ” – FCSB (Rumıniya) matçından əvvəl komandaların start heyətləri açıqlanıb.
Sfera.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun 21:45-də başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Qarabağ": Buntiç, Bəhlul Mustafazadə, Mateus Silva, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Yankoviç, Leandro Andrade, Aleksey Kaşuk, Abdullah Zubir, Nəriman Axundzadə.
****
Matç başladı.
***
1-ci dəqiqədə Leandro Andrade hesabı açdı.
***
Adrian Şuk 7-ci dəqiqədə hesabı bərabərləşdirir - 1:1
***
41-ci dəqiqədə “Qarabağ” hesabda önə keçir - 2:1. Elvin Cəfərquliyevin qapı qarşısına ötürməsindən sonra Dava topu öz qapısına göndərir.
David Mikulesku 45+4-cü dəqiqədə hesabı bərabərləşdirir - 2:2.
***
Fasilə
***
İkinci hissə başladı.
***
73-cü dəqiqədə Adrian Şut dubl edir - 2:3.
***
Qarşılaşma “Qarabağ”ın 2:3 hesablı məğlubiyyəti ilə başa çatdı. Bununla da Ağdam təmsilçisi pley-off şanslarını itirdi.