Logo

"Qarabağ"ın bu gün oyunu var - Ağdam klubu FCSB-yə qarşı...

"Qarabağ"ın bu gün oyunu var - Ağdam klubu FCSB-yə qarşı...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxacaq.

Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi evdə FCSB (Rumıniya) ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, hazırda turnir cədvəlində FCSB 11 xalla 10-cu, “Qarabağ” isə 3 xalla 33-cüdür.

Avropa Liqası, Liqa mərhələsi, 7-ci tur

Saat:21:45. “Qarabağ” (Azərbaycan) - FCSB (Rumıniya)

Hakimlər: Filip Qlova, Daniel Polaçek, Peter Bednar, Lukaş Dzivyak (Slovakiya)

Məkan:Tofiq Bəhramov adına Respublika Stadionu

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR