"Beşiktaş" UEFA Avropa Liqasında qələbə qazandı
İdman
21:32 / 22.01.2025
6085
Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasında qələbə qazanıb.
Sfera.az-ın məlumatına görə, VII turunun qarşılaşmasında "ağ-qaralar" doğma meydanda İspaniyanın "Atletik" (Bilbao) komandasına 4:1 hesabı ilə qalib gəliblər.
İstanbul təmsilçisinin heyətində Milot Raşiça (17, 60), Rafa Silva (77) və Joau Mariu (90+2) fərqlənib. Qonaqların heyətində isə Unai Qomes (45) diqqət mərkəzinə düşüb.
Ule Qunnar Solskyaerin baş məşqçisi olduğu kollektiv xallarının sayını 9-a çatdıraraq turnir cədvəlində 18-ci sırada yer alıblar. "Atletik" isə 16 xalla ikinci yerdədir.
Qeyd edək ki, açılış matçında "Qalatasaray" Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə heç-heçə edib - 3:3. VII turun digər matçları yanvarın 23-də baş tutacaq.